среда, 25 марта 2020 г.

“Özünüzü hansı heyvana oxşadırsınız?” - İş müsahibələrində verilən maraqlı suallar və cavabları

İş müsahibələri bir çoxlarının ən zəif nöqtəsidir. Bəzən bu sualların konkret cavabı olduğunu düşünsək belə əslində qeyri-formal suallar sizin xarakterinizi ortaya çıxarır. Bu yazıda sizi belə qeyri-standart suallar və onlara verməli olduğunuz cavablarla tanış edəcəyik.
“Nə dərəcədə şanslı birisən? 1 ilə 10 arasında özünü dəyərləndir.” Bu sual gülməli səslənsə də Zappos şirkətinin CEO-su Tony Hsiehin sualıdır. Burada əsas məntiq ortalamanı vurğulamaqdır. Yəni çox səmimi davranıb şansım yerlərdə sürünür desəz, onda bu sizin özünüzdən başqa hamıda günah gördüyünüzü, şansım 10 ballıq sistemdə 10-dur desəz, reallıqdan kənar və özünə güvən məsələsinin aşağı səviyyədə olduğundan xəbər verəcək. Ona görə də ən yaxşısı bal şkalasında ortada yer aldığınızı deməkdir. Ona da artıq özünüz qərar verərsiz.
Virgin şirkətinin yaradıcısı Richard Branson isə daha maraqlı sualla namizədləri dəyərləndirir. Sual isə belədir: “Özünüz haqda CV-də nəyi qeyd etməmisiniz?”. Sual sadədir, amma düşündürücüdür. Branson buna səbəb kimi "nsanları işə dəvət edirəmsə, müsahibəyə ehtiyac görmürəm. Əgər müsahibəyə dəvət edirəmsə, deməli onları namizədlərdən biri kimi görürəm deyə bildirib. Buna görə də digərlərindən fərqlənmək şərtdir. Yəni biraz kreativ olmaqda fayda var.
Young Women’s Christian Association (YWCA) CEO-su Dara Richardson-Heron müsahibədə namizədlərə “Özünüzü bir kəlimə ilə ifadə edin” sualını ünvanlayır. Sual sizin şəxsi keyfiyyətlərinizi ortaya çıxarmaq üçün nəzərdə tutulub.
“Bu günə qədər qarşılaşdığınız hansı problemi necə həll etmisiniz?” Bu sual isə Google-un İR müdiri Laszlo Bocka aiddir. Bu suala uğurlu cavab vermək sizi dünyanın ən yaxşı şirkətində iş sahibi edə bilər. Belə ki, verdiyiniz cavabda İR rəhbəri əsas 2 nüansa fikir verir. Cavab real dünyanı nə dərəcədə əks etdirir, yəni çox xəyallar qurmayıb realist olmalısınız. İkincisi, namizəd əsas etibarilə problem olaraq nəyi misal göstərir. Müraciət etdiyiniz sahəni nəzərə alaraq suala cavab vermək sizi istəyinizə bir addım daha yaxınlaşdıra bilər.

вторник, 24 марта 2020 г.

video derslik


SOSİAL DƏYƏRLƏNDİRMƏ

Əslində sayı 9 milyondan bir az artıq olan kütlənin yaşadığı cəmiyyətdə gündəlik baş verən hadisələri dəyərləndirmək ilk baxışdan elə də çətin görünməyə bilər, amma dəqiq deyə bilər
əm ki, bu, asan deyil. Gələk əsas məsələ olan kütlənin dəyərləndirilməsinə. Əhalisi çox olmasa da (Şimali) Azərbaycan ən az indiki Qarabağsız xəritəsinin forması qədər mürəkkəbdir. Mürəkkəb ölkənin mürəkkəb də cəmiyyəti olur. Hazırda Azərbaycan cəmiyyətini formalaşdıran insanları mövcud oturuşmuş sistem və cəmiyyətdəki çoxşaxəli sosial hadisələrə münasibətinə görə aşağıdakı kateqoriyalar üzrə qruplaşdırmaq olar:
1. Saxta vətənpərvərlər – və ya başqa sözlə “vətənşüvənlər”
2. Aldadılmış vətənpərvərlər – vətən anlayışı ilə bağlı hansısa ideologiyanın qurbanı olanlar
3. Həqiqi vətənpərvərlər – buna şərh verməmək daha düzgündür
4. Saxta dindarlar - və ya başqa sözlə “dinşüvənlər”
5. Aldadılmış dindarlar – bu və ya digər şəkildə hansısa dini ideologiyanın təsiri altına düşənlər
6. Radikal dindarlar – könüllü və ya qeyri-ixtiyari olaraq dini görüşlərində fanatizmə varanlar
7. Teistlər – İslamı bacardıqları qədər doğru yaşamağa çalışan, uzaqdan və ya yaxından kimlərinsə təsir dairəsində olmayanlar
8. Ateistlər – yenicə formalaşan və sayı durmadan artan kütlə
9. Saxta milliyyətçilər – millət anlayışından başları çıxmasa da Elçibəy, Rəsulzadə və s. adını haradansa eşidib əllərində bayraq edənlər
10. Potensial milliyyətçilər – cəmiyyətin daha sıx olduğu paytaxtda daha çox Türkiyədəki milliyyətçilərdən ilhamlanaraq hansısa ideolgiyanı formalaşdırmağa çalışanlar
11. Fürsətçilər (oportunistlər) – kütlədə mövcud olan bu şəxslər baş verənləri ətrafdan sakit və diqqətlə izləyib istənilən yaranmış boşluqda hansısa imkandan istifadə edərək maksimum şəkildə öz mənafelərini təmin etməyə çalışırlar
12. Yaltaqlar – bu kateqoriyanı təşkil edən insanların ən yaxşı bacardıqları iş məddahlıqla hansısa “zirvələr”ə yüksəlməkdir
13. Satılmışlar – uzun olduğu üçün bu kateqoriyanın şərhini verməyək
14. Qorxaqlar – heç bir iradə sahibi olmayan ikiayaqlılar
15. Laqeydlər - ətrafda baş verənlərə üzrlü və üzrlü səbəblərdən heç bir reaksiya verməyən, çox vaxt ehtiyat edən və çəkinən kütlə
16. Əcnəbilər – əksəriyyəti maksimum dərəcədə neytrallığı qoruyub saxlayan xarici ölkə vətəndaşları
17. Xəbərsizlər – ucqarlarda məskunlaşan və daha çox təsərrüfat qayğıları ilə əhatə olunanlar